Fərdi Olaraq Tükənmişlik Sindromu ilə Mübarizədə Nə Edə Bilərik ?

Tətbiqimizi yüklə və gücünü test et!
Fərdi olaraq yanma sindromu zamanı aşağıda qeyd edilənləri həyata keçirməklə mübarizə yollarını yoxlaya bilərsiniz.
- Yanma sendromu ilə bağlı məlumatlı olmaq;
- Özünü yaxşı tanımaq və ehtiyyaclarını düzgün müəyyənləşdirmək;
- Yemək vərdişlərimizə diqqət etmək (ac qarına işə getməmək, hazır qidalardan çəkinmək);
- Yuxu rejiminə diqqət etmək (yuxu vərdişi yaratmaq, eyni saatlarda yatıb, qalxmaq);
- İnsan olaraq sərhədlərini bilmək və qəbul etmək;
- İş ilə bağlı real gözlənti və hədəflər müəyyən etmək;
- Nəfəs və rahatlama texnikalarını bilmək və istifadə etmək;
- İdman və fiziki aktivlik üçün vaxt ayırmaq;
- İşə başlamadan əvvəl işin çətinlikləri və risklər haqqında məlumatlı olmaq;
- Vaxt bölgüsü ilə bağlı məlumatlı olmaq;
- İstirahətə zaman ayırmaq;
- İş və şəxsi həyatda monotonluğu azaltmaq;
- Stress həyatımızın bir parçasıdır və hər zaman həyatımızda olacaq. Stresslə mübarizə üsullarını öyrənmək;
- Hobbi yaxud sevimli məşğuliyyətiniz üçün zaman ayırmaq.
Yanma sindromu yaşayarkən ən vacib məqamlardan biri də ehtiyyac olduğu halda mütəxəssisə müraciət etməkdir. Bunun üçün psixoloq, psixiatr yaxud psixoterapevt dəstəyi ala bilərsiniz. Ehtiyyac olduğu hallarda dərman terapiyası tətbiq edilə bilər.

Mahizər Yunis
Təcrübə: 8 il