Burn-out və ya Tükənmişlik sindromu nədir ?

Burn-out və ya Tükənmişlik sindromu nədir ?

Tətbiqimizi yüklə və gücünü test et!

Son dövrlərdə artan iş yükləri, informasiya çoxluqları, heç durmayan həyat tempi insanlarda uzun müddət davam edən yorğunluq, çarəsizlik, fiziki tükənmişlik və ümidsizlik hisslərinin, görülən işə, həyata və digər insanlara qarşı istəksizlik, həvəzsizlik halları ilə nəticələnə bilər. Belə hal isə nəticədə “Burn-out” yaxud “Yanma Sindromu”na səbəb ola bilər.

İlk dəfə 1974-cu ildə Amerikalı psixoloq Herbert Freudenberger tərəfindən uğursuz olma, enerji və gücün azalması və ya tətmin edilməyən istəklər nəticəsində fərdin daxili dünyasında meydana gələn tükənmə vəziyyəti kimi müəyyən edilmişdir. Çoxsaylı araşdırmalar nəticəsində sosial xidmət sahəsi işçilərində, birbaşa insanlarla ünsiyyət vasitəsi ilə çalışan şəxslərdə daha çox görüldüyü müşahidə edilməkdədir.

Qısa formada Yanma Sindromunu “İş gərəyi insanlarla çox zamanlı və emosional münasibətlərdə olan fərdlərdə görülən emosional tükənmə, hissizləşmə və aşağı şəxsi nəaliyyət hissi” olaraq ifadə edə bilərik.

 

Burn-Out üzərinə etdiyi işlərlə tanınan Amerikalı sosial psixoloq Maslach bu ifadəni sxem formasında belə ifadə edirdi.

Emosional Tükənmə

Hissizləşmə

Fərdi Nəaliyyət Hissi

 

Yanma sindromu anidən ortaya çıxan vəziyyət deyil, əksinə yavaş-yavaş və zamanla irəliləyən simptomlar göstərir. İlkin simptomların görməzdən gəlinməsi onun sonrakı vaxtlarda daha çox və şiddətli özünü gəstərməsinə səbəb olur.

Bu səbəblə Yanma sindromunun göstəricilərinin tanınması və ilkin müşahidə edildiyi vaxtlarda qarşısının alınması çox vacib əhəmiyyət daşıyır.

photo

Mahizər Yunis

Təcrübə: 8 il
Psixoloq

Təklif edilən mövzular

Hamısına bax