
“Danış” peşəkar psixoloqlarının sırasına qoşulmaq istəyirsən?
Biz müasir dövrdə sürətlə artan psixoloji dəstəyə, öz psixoloji sağlamlığını yüksəltməyə ehtiyac duyan insanlara dəstək olmaq üçün əlimizdən gələni edirik, ancaq bu missiyada bizim peşəkar psixoloqların köməyinə ehtiyacımız var. Məhz bu səbəbdən də bizim məqsədlərimizə, dəyərlərimizə uyğun peşəkar psixoloqların axtarışındayıq.
“danish” la əməkdaşlıq sizin peşə təcrübənizin artması və insanlara daha rahat şəkildə yardım etmənizə, daimi şəkildə praktik biliklər almağınıza imkan yaradır. Əgər siz psixologiya sahəsində təhsil almış, müxtəlif təlimlərlə öz peşə bacarıqlarınızı inkişaf etdimiş və bu sahədə təcrübəli bir mütəxəssissinizsə bu halda komandamıza qoşulmaq üçün müraciət edə bilərsiniz.
“danish”la psixoloq kimi əməkdaşlıq sizə nə qazandıracaqdır ?
Bizimlə əməkdaşlıq psixoloqlarımız üçün bir çox üstünlük yaradır. Bizimlə birlikdə siz sadəcə rəqamsal şəkildə konsultasiyalarda böyük təcrübə qazanmaqla qalmayacaqsınız, həmçinin rahat şəkildə saytımız və tətbiqimiz vasitəsilə daimi şəkildə diqqət mərkəzində olacaqsınız.
Bizimlə əməkdaşlıq psixoloqların tanınırlığının artırılması, daha geniş kütləyə çatması üçün də geniş imkanlar yaradır. Nəzərə almaq lazımdır ki, bizim peşəkar marketinq komandamız daimi şəkildə psixoloqlarımızın geniş kütlə tərəfindən tanınması üçün çalışır. Bununla paralel olaraq, rəqəmsal konsultasiyalar sayəsində siz istənilən yerdən sürətli şəkildə vaxtınıza qənaət edərək müraciət etmiş insanlarla konsultasiya keçirə bilərsiniz.
“danish” həmçinin psixoloqlar üçün peşəkarla birlikdə müzakirələr aparmaq, bizimlə əməkdaşlıq edən digər psixoloqların təcrübəsindən də yararlanmaq imkanı da verir. Həmçinin bizə psixoloji dəstək üçün müraciət edən insanların cəmiyyətin müxtəlif qisimlərindən olması sizin üçün peşə bacarıqlarınızın artırılması üçün də böyük imkanlar formalaşdıracaqdır.
Bizimlə əməkdaşlıq etdiyiniz təqdirdə siz, psixoloji dəstək göstərdiyiniz şəxslərlə özünüzə uyğun qrafiklə konsultasiyalar təyin edə, öz iş qrafikinizi müəyyən edə bilərsiniz. Həmçinin tətbiqimiz psixoloqların özünə uyğun şəkildə iş saatlarını, gündəlik şəkildə neçə insana psixoloji dəstək verəcəyini təyin etmək üçün imkan yaradır.
Bizimlə əməkdaşlıqda maraqlı olan psixoloqlardan tələblərimiz.
-Psixologiya ixtisası üzrə ali təhsil.
-Peşə bacarıqlarının artırılması üçün prestijli təlimlərdə iştirak etmək.
-Bu sahədə iş təcrübəsi.
-Yeniliklərə və inkişafa meyilli olmaq.
-Mobil tətbiqimizin məqsəd və dəyərlərini anlamaq, fəaliyyətini buna uyğun şəkildə qurmaq.
-Müraciət edən şəxslərə qarşı peşə kodeksinə uyğun şəkildə davranış sərgiləmək.
-Kollektivdə işləmək bacarığı, insanlara və kolleqalarına kömək etməyə həvəsli olmaq.
-Biliklərini bölüşməyə həvəsli və bizimlə əməkdaşlığın daha da inkişafında maraqlı olmaq.
-Onlayn formatda insanlarla işləməyə texniki imkanlarının olması.
-Həm onlayn, həm də üzbəüz konsultasiya sahəsində təcrübəli olmaq .
Əgər sadalanan tələblərə uyğun olduğunuzu düşünürsünüzsə, müraciətlərinizi gözləyirik. Bizim mehriban psixoloq kollektivimizin bir parçası olmağınıza məmnunluq duyarıq.
E-poçt