About us

"Danish" haqqında :

“Danish” psixoloq məsləhətinə və terapiyaya ehtiyacı olan şəxsləri, peşəkar psixoloqlarla bir araya gətirmək üçün fəaliyyət göstərən, VOEN 1605143641 "Medtech Solutions MMC"nin qurduğu mobil tətbiqdir. Bizim xidmətlərimizdən yararlanmaq üçün vebsaytımızdan və yaxud mobil cihazlarınız üçün hazırlanmış tətbiqimizdən istifadə etməyiniz yetərlidir.
Xidmətimizdən istifadə etməklə siz, çox rahat şəkildə öz istəklərinizə, problemlərinizə uyğun gördüyünüz peşəkar psixoloqlardan birini seçə bilərsiniz. Biz istifadəçilərə psixoloqlarla konsultasiyanın bir neçə yolunu təqdim edirik. İstifadəçilər həm audiozənglər , həm də videozənglər vasitəsilə psixoloqlarla danışa bilər. Bizim digər onlayn psixoloji xidmətlər verən mobil tətbiqlərdən fərqimiz ondadır ki, biz həmçinin sizin üçün psixoloqlarla üzbəüz görüş imkanları da veririk. Reallıq odur ki, sizin istəyinizdən asılı olaraq, siz həmçinin sayt və mobil tətbiqimizdə müvafiq xidməti seçərək psixoloqlarla canlı şəkildə üzbəüz ünsiyyətdə də ola bilirsiniz.
Gündəlik həyatınızda qarşınıza çıxan insan psixikasına təsir edən problemlərin həlli, yaranmış stress anları, mənəvi rahatlığınızın təmin edilməsi, psixoloji durumunuzu yaxşılaşdırmaq, yaranmış bəzi psixoloji çətinliklərin aradan qaldırılması və ümumilikdə psixoloji dəstəyin verilməsi kimi xidmətlərin ən əlçatan, sadəcə bir tətbiq vasitəsilə realizə olunması üçün “danish” ideal seçimdir. “danish” sizin üçün faktiki olaraq, bir xidmət olduğu qədər, həm də bir dostdur, mənəvi rahatlıq tapacağınız bir tətbiqdir.

Bizim məqsəd və dəyərlərimiz .

Biz bilirik ki, hər kəsin həyatın çətin dövrlərində köməyə və dəstəyə ehtiyacı olması tamamilə normaldır və biz psixoterapiyanın hər kəs üçün təhlükəsiz, rahat və əlçatan olmasına çalışırıq. Bizim missiyamız Azərbaycanda psixolojik dəstəyi hər kəs üçün əlçatan etməklə yanaşı,psixoloji yardım almaq üçün müraciətdən öncə steriotiplər nəticəsində yaranmış, insanların psixoloqa rahat müraciət etməsinin qarşısını alan baryerlərin aşılmasına xidmət etməkdir.
“danish” kollektivi olaraq, bizim üçün xidmətlərimizdən faydalanan insanlarla işdə ən önəmli dəyərlərimizdən ədalətli olmaqdır. Biz hər bir şəxsə eyni prizmadan baxmağı hər kəsə qarşı səxavətli, anlayışlı və empatiya hissi ilə yanaşmağı özümüzə məqsəd kimi seçmişik.
Bununla paralel olaraq, bizim üçün ən vacib dəyərlərdən biri əlbəttə ki, şəffaflıqdır. Biz hər zaman , xidmətimizin istifadəçilərə qarşı dürüst və şəffaf oluruq, bu da hər kəsin rahat şəkildə özünü ifadə etməsinə, çəkinmədən fikirlərini bölüşməsinə şərait yaradır.
Realist yanaşma da bizim üçün önəmli nüanslardan biridir. Biz bütün baş verənləri, ətrafımızda olan reallıqları olduğu kimi qəbul edirik, bu reallıq çərçivəsində öz fəaliyyətimizi qururuq.
Bizim məqsədlərimizdən ən əsası da istənilən ideyaların reallaşması üçün dayanmadan fəaliyyət göstərməkdir. Biz həm özümüzün, həm də xidmətlərimizdən yararlanan insanların ən cəsur ideyalarına belə inanırıq, onların reallaşmasını bir məqsəd kimi seçirik.

Niyə məhz onlayn psixoloji dəstək ?

Müasir dövrün ən böyük problemlərindən biri məhz vaxt çatışmazlığıdır ki, məhz bu səbəbdən də artıq bir çox sahədə onlayn şəkildə xidmətlərin təklif edilməsi tendensiyası pik həddə çatıb. Onlayn psixoloji dəstəyin göstərilməsi də , hal – hazırki yüksək həyat tempində insanların rahat, evini tərk etmədən psixoloji dəstək almasına imkan yaradır.
Reallıq odur ki, onlayn psixoloq konsultasiyaları anksiyete pozğunluqları, depressiya, stressin idarə edilməsi ilə bağlı çətinliklər, münasibətdə problemlərin mövcudluğu kimi bir çox vəziyyətdə istifadə edilə bilər və üz-üzə terapiya ilə eyni dərəcədə təsirli olur. Son zamanlarda bununla bağlı aparılan araşdırmalar, hətta rahatlığı baxımından onlayn konsultasiyaların daha effektiv olması ehtimalını da yüksək sayır.
Psixoloqlarla onlayn konsultasiyalar analıq məzuniyyətində olan xanımlar, əlilliyi olan insanlar, ölkə xaricində yaşayıb, ana dilində psixolojik xidmətlər almaq istəyən şəxslər və sıx qrafikdə işləyən şəxslər üçün ideal seçimdir. Həmçinin mobil tətbiqimiz hal – hazırki psixoloji durumunu yoxlamaq, psixoloji dəstək almaq istəyib, psixologiya mərkəzinə müraciət etməkdən çəkinən insanlar üçün də tam uyğundur.
Bununla paralel olaraq, unutmamaq lazımdır ki , biz sizin üçün daimi olaraq, psixoloqlarla üzbəüz görüşlərin keçirilməsi xidmətini də göstəririk.

Niyə tətbiqimizi seçməlisiniz ?

Biz “ Doğru müalicə , hər şeyi dəyişə bilər” prinsipi ilə fəaliyyət göstərdiyimizdən, tətbiqimizdən istifadə edəcək şəxslərin doğru şəkildə müalicəsinin təmin edilməsi üçün daimi şəkildə peşəkarlarla çalışırıq. Sayt və tətbiqimizdə gördüyünüz bütün mütəxəssislər peşə bacarıqlarını uzun illər ərzində sübut etmiş, ali təhsilli və çalışdığı sahədə daimi inkişaf edən şəxslərdir.
Bizim tərəfimizdən əməkdaşlıq etdiyimiz psixoloqlar seçilərkən ciddi şəkildə yoxlanışdan keçirilir, göstərilən məlumatların doğruluğu təsdiq olunur. Psixoloqlarımızın hər biri pasientlərlə böyük iş təcrübəsinə malikdir, həm onlayn, həm də üzbəüz şəkildə real həllər üçün kömək etmək bacarıqlarına sahibdir.
Bizim digər oxşar xidmətlər verən tətbiqlərdən fərqlərimizdən biri də, tam istifadəçinin rahatlığı üçün yaradılmış saytdır. İstənilən şəxsin rahat şəkildə istədiyi xidmətə çata biləcəyi saytımızın də hər şey çox sadə, anlaşılan şəkildə hazırlanmışdır .
Bununla paralel olaraq unutmaq olmaz ki, xidmətimizin mobil cihazlar vasitəsilə istifadə edə biləcəyiniz tətbiqi də mövcuddur. Tətbiqimiz tam rahat şəkildə xidmətlərimizdən yararlanmanıza və smartfonunuz vasitəsilə istənilən zaman, istənilən yerdə psixoloji dəstək almağınıza imkan verəcəkdir. Həmçinin tətbiqimiz sizə ən uyğun vaxtda, seçdiyiniz psixoloqla konsultasiya imkanı da verir və konsultasiya üçün təyin etdiyiniz vaxt üzərində daha sonradan dəyişikliklər etmə imkanına da malik olursunuz.
Həmçinin biz əməkdaşlıq etdiyimiz psixoloqlarla bağlı geniş məlumatı istifadəçilərimizə sayt və tətbiqimizdə açıq şəkildə çatdırırıq və hər bir şəxs özü, bəyəndiyi və güvəndiyi psixoloqu seçib, rahat şəkildə onunla konsultasiya edə bilər.
Bizim digər oxşar tətbiqlərdən əsas fərqimiz isə əlbəttə ki, üzbəüz şəkildə də psixoloqlarla görüş xidmətinin mövcudluğudur. Bunun üçün psixoloqlarla pasientlərin rahat şəkildə görüşüb, konsultasiya keçirə biləcəyi fiziki olaraq yerləşən məkanımız da mövcuddur.
Psixolojik xidmətlərin ümumi qəbul edilmiş etik dəyərlərinə uyğun şəkildə xidmət göstərməyin əhəmiyyətini anlayırıq və bunu əsas prinsiplərimizdən biri kimi götürürük. Məhz bu məqsədlə də , şəffaflıq və hüquqi tənzimləmələrə uyğun olaraq, istifadəçilərimizin şəxsi məlumatlarının məxfiliyini ən müasir texnoloji imkanlardan istifadə edərək qoruyuruq.
Biz qəbul edirik ki, hər bir insanın bizimkindən fərqli dünyagörüşü, həyata yanaşması ola bilər, ancaq bizim məqsədimiz hər bir şəxsə istəklərinə uyğun şəkildə xidmət göstərmək, daxili harmoniyasını tapmaq üçün əlçatan xidmət təklif etməkdir. Hər kəsin bizim xidmətlərimizdə rahat və effektiv şəkildə faydalanacağı bir şərait yaratmaq üçün əlimizdən gələni etməyə də davam edəcəyik.